Karateçilərimiz Misirdə Premyer Liqa turnirində iştirak edəcək

Karateçilərimiz Misirdə Premyer Liqa turnirində iştirak edəcək

Hazırda oxunan: Karateçilərimiz Misirdə Premyer Liqa turnirində iştirak edəcək

116808

Azərbaycan karateçiləri 27-29 yanvar tarixlərində Karate1 seriyasından yeni mövsümün ilk Premyer Liqa turnirində iştirak etmk üçün Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə yollanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyevin rəhbərlik etdiyi heyətdə 25 nəfər yer alıb. 

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəkilərdə bir neçə idmançının çıxış etməsinə üstünlük verib.
Onlardan Əminağa Quliyev və Sultan Hüseynov -60 kq çəki dərəcəsində, Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Nuran Rzazadə -67 kq çəkidə, Fərid Ağayev -75 kq, Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov -84, Asiman Qurbanlı və Osman Osmanlı isə 84+ kq çəki dərəcəsində döyüşəcək. Roman Heydərov kata yarışlarında iştirak edəcək. 

Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov Fidan Teymurovanı (-50 kq), Mədinə Sadiqovanı (-55 kq), Renata Ərəblini (-61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək. 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsini idarə edən referilər arasında olacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO