“Qarabağ” 18 ilin rekorduna imza atıb

“Qarabağ” 18 ilin rekorduna imza atıb

Hazırda oxunan: “Qarabağ” 18 ilin rekorduna imza atıb

116798

“Qarabağ” cari mövsüm Premyer Liqada 50 qol həddinə 19 oyunda çatmaqla son 18 ilin rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, Ağdam klubu XIX turda “Turan Tovuz” üzərində səfərdə 3:2 hesablı qələbə qazandığı görüşdə buna nail olub.

Ağdamlıların matçda ikinci qolu mövsümdə 50-ci qol olub. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub.
19 qarşılaşmada rəqib qapılarından 51 top keçirən Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıblar. Bu, klub tarixinin 19 tur üçün rekordudur.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/1999 mövsümünün müvafiq hissəsində 66 qola imza atıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO