Voleybol millimizin oyunlarının TƏQVİMİ

Voleybol millimizin oyunlarının TƏQVİMİ

Hazırda oxunan: Voleybol millimizin oyunlarının TƏQVİMİ

116435

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Bizim.Media xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
Oyunların təqvimi (C qrupu)

(Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):

18 avqust

23:00 Azərbaycan - Çexiya

19 avqust

23:00 Azərbaycan - Almaniya

20 avqust

23:00 Türkiyə - Azərbaycan

22 avqust

20:00 Azərbaycan - Yunanıstan

23 avqust

20:00 İsveç - Azərbaycan.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO