"Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı

Hazırda oxunan: "Qarabağ"la oyunda geyindiyi forma hərraca çıxarıldı

116188

Polşa millisinin və "Yuventus"un futbolçusu Arkadiuş Milikin Konfrans Liqasının pley-offunda "Marsel"in heyətində "Qarabağ"a qarşı səfər matçında keçirilmiş geyindiyi forma hərraca çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Sözügedən oyun başa çatandan sonra 28 yaşlı forvard imzalı formasını görüşün referisi, polşalı hakim Bartoş Frankovskiyə hədiyyə edib. Hakim isə formanı Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca verib.
Nəticədə bu forma hərraca çıxarılıb. Geyim üçün ilkin qiymət olaraq 630 Polşa zlotu (1,575 manatdır)  təyin olunub. 

Qeyd edək ki, "Qarabağ" və "Marsel" arasındakı Bakıdakı matçda Fransa təmsilçisi qalib gəlib - 3:0.  "Qarabağ" səfərdəki oyundan da məğlub ayrılıb - 1:3.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO