2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildi

2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildi

Hazırda oxunan: 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildi

115637

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir.
O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO