Azərbaycan Premyer Liqası postsovet məkanının ən güclüsüdür

Azərbaycan Premyer Liqası postsovet məkanının ən güclüsüdür

Hazırda oxunan: Azərbaycan Premyer Liqası postsovet məkanının ən güclüsüdür

115583

Azərbaycan Premyer Liqası keçmiş SSRİ-nin ən güclü futbol liqasıdır.

Bizim.Media xəbər verir ki, bu, İFFHS-in 2022-ci ilin yekunlarına əsasən tərtib etdiyi dünya reytinqində öz əksini tapıb.

Qurumun bu gün açıqlanan cədvəlində planetin ən güclü 80 liqası yer alıb. Postsovet məkanından 11 çempionat siyahıya düşüb.

Dünyada 41-ci olan Azərbaycan çempionatı MDB və Baltikyanı ölkələr arasında ən yüksək mövqedədir. Latviya ikinci, Litva üçüncüdür. Buna Rusiya və Ukraynanın kəskin şəkildə geriləməsi səbəb olub.
Siyahıdakı 80 liqadan 45-i UEFA üzvləridir. Azərbaycan Avropa ölkələri arasında 21-cidir.

Qeyd edək ki, postsovet məkanından Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan siyahıya düşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO