"Tottenhem"in futbolçusu Harri Keyn klubu tərk etmək niyyətinə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
29 yaşlı hücumçu ondon təmsilçisi ilə 2024-cü ilədək olan müqaviləsini yeniləməyəcək. qarşıdakı mövsümlərdə " Tottenhem"i tərk edə bilər.
"Tottenhem" isə ingiltərəli hücumçunun satışından gəlir əldə etmək istəyir. Onlar Harrini transfer etmək fikrində olan klublardan 100 milyon funt-sterlinq tələb edəcəklər.
Keynlə xüsusən maraqlaan klub "Bavariya"dır. Münhen təmsilçisinin futbolçu üçün təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, H.Keyn bu mövsüm İngiltərə Premyer Liqasında 19 matçda 15 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
04:31 / 19.01.2023
"Tottenhem"in futbolçusu QƏRARINI VERDİ - GEDİR
Hazırda oxunan: "Tottenhem"in futbolçusu QƏRARINI VERDİ - GEDİR
Hazırda oxunan: "Tottenhem"in futbolçusu QƏRARINI VERDİ - GEDİR
115507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.