"Kəpəz" Qazaxıstan klubuna qalib gəldi

Hazırda oxunan: "Kəpəz" Qazaxıstan klubuna qalib gəldi

115462

"Kəpəz" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.  

Bizim.Media xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kaysar”ı ilə qarşılaşıb.  

Gəncə təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. Doqquzuncu dəqiqədə Ahmed Ayzaya penaltidən hesabı açıb, 48-ci dəqiqədə isə Mate Kvirkviya 11 metrlik zərbəni dəqiq yerinə yetirib.  
Əllinci dəqiqədə isə Ayzaya dublunu rəsmiləşdirib. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO