Alpinistlərimiz dünya kubokunda iştirak edəcək

Alpinistlərimiz dünya kubokunda iştirak edəcək

Hazırda oxunan: Alpinistlərimiz dünya kubokunda iştirak edəcək

115415

Azərbaycanı Xizək alpinizmi idman növü üzrə təmsil edən  idmançılarımız yanvarın 21 və 22-də Andorra Knyazlığında keçiriləcək Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcəklər. 

Bizim.Media xəbər verir ki, bu məqsədlə atletlərimiz yanvarın 18-də Azərbaycan Qış İdman Növləri Federasiyanın təşkilatçılığı və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə Andorra Knyazlığlnda təşkil olunan təlim məşq toplantısına yola düşüblər.

İdmançılarımız Dünya Kuboku yarışının şaquli yürüş  növü üzrə çıxış edərək birincilik uğrunda mübarizə aparacaqlar. 

Qeyd edək ki, Xizək alpinizmi idman növü üzrə yarışlara qatılan idmançılarımızın  Azərbaycanda təlim-məşqləri Federasiya tərəfindən dəvət olunan əcnəbi mütəxəssilərinin rəhbərliyi altında “Şahdağ” Turizm Mərkəzinin  və Sport System şirkətinin dəstəyi ilə həyata keçirilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO