“Qarabağ” Türkiyədə ilk qələbəsini qazandı

“Qarabağ” Türkiyədə ilk qələbəsini qazandı

Hazırda oxunan: “Qarabağ” Türkiyədə ilk qələbəsini qazandı

115405

“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni məğlub edib.

Antalyada baş tutan matçda Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə üstələyib. Yeganə qola 42-ci dəqiqədə kolumbiyalı futbolçu Kevin Medina imza atıb.

Qurban Qurbanov bu gün daha bir oyunda komandasını sınayacaq. “Qarabağ” Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da ağdamlıların Antalya toplanışı başa çatacaq.
Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO