\

\"NTD\" yenidən liderliyə yüksəldi - FOTO 

Hazırda oxunan: \"NTD\" yenidən liderliyə yüksəldi - FOTO 

114483

Bu gün "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 13-cü turu çərçivəsində daha bir oyun baş tutdu.  

Bizim.Media xəbər verir ki, "Gəncə BK" və "NTD BK" komandaları arasında keçirilən gərgin oyunun sonunda, 86-79 hesablı qələbə qazanan "NTD" basketbolçuları 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəldilər. 

Ən məhsuldar basketbolçular: "Gəncə BK BK" ( Ceylon Perri - 28 xal, 2 ribaund ), "NTD BK" ( Kuinton Kempbel - 23 xal, 5 ribaund ). 

Qeyd edək ki, 13-cü turun digər oyunları ( "Neftçi İK" - "Zirvə Astara BK", "Olimpik Şəki BK"- "AAAF Xırdalan BK ) 14 və 15 yanvar tarixlərində keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO