“Neftçi”nin futbolçusu Yusuf Laval komandadan ayrılır.
Bizim.Media xəbər ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyanın “Arouka” klubu ilə Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlandığı bildirilib.
Nigeriyalı yarımmüdafiəçi bu gün "Neftçi"nin düşərgəsindən ayrılaraq Antaliyadan Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq.
Qeyd edək ki, Yusuf Laval 2020-ci ilin yayından "Neftçi"də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:40 / 11.01.2023
“Neftçi” legionerini Portuqaliya klubuna satdı
Hazırda oxunan: “Neftçi” legionerini Portuqaliya klubuna satdı
Hazırda oxunan: “Neftçi” legionerini Portuqaliya klubuna satdı
114242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.