Azərbaycan klubunda kütləvi yoluxma - Oyun TƏXİRƏ SALINDI

Azərbaycan klubunda kütləvi yoluxma - Oyun TƏXİRƏ SALINDI

Hazırda oxunan: Azərbaycan klubunda kütləvi yoluxma - Oyun TƏXİRƏ SALINDI

114239

UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkdiyi vurğulanıb:

"Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun". 

Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO