\

\"Traktor”un sabiq oyunçusuna 26 il həbs cəzası verildi - SƏBƏB 

Hazırda oxunan: \"Traktor”un sabiq oyunçusuna 26 il həbs cəzası verildi - SƏBƏB 

113901

Təbrizin “Traktor” klubunun sabiq futbolçusu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, buna onun İranda keçirilən kütləvi etirazlara dəstək verməsi səbəb olub.  

“Traktor”un 26 yaşlı keçmiş müdafiəçisi üç polis əməkdaşının qətlində iştirakda, habelə ictimai təhlükəsizliyi pozmaq və qanunsuz qruplaşmalara üzv olmaqda ittiham edilir. 

Ümumilikdə, Azadani 10 ili şərti olmaqla 26 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın 16 ilini çəkəcək.  

Qeyd edək ki, daha əvvəl Əmir Azadaninin edam cəzasına məhkum edildiyini haqda xəbər yayılsa da, sonra İran hakimiyyəti bu məlumatı təkzib edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO