Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Bakıda Xəzər dənizində növbəti avarçəkmə yarışı təşkil olunub.
Bizim.Media xəbər verir ki, turniri yerli sakinlərlə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da izləyiblər.
İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər. Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevirdən və Bakıdan olan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb.
Turnirin qalibləri diplomla mükafatlandırılıb.
Yarış zamanı həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxın zamanda səyyar görüşlərə start verəcəyi və bu görüşlərə Bakıdan başlanacağı haqda məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, paytaxtda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub.
Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:49 / 07.01.2023
Xəzərdə növbəti avarçəkmə yarışı keçirildi - FOTO
Hazırda oxunan: Xəzərdə növbəti avarçəkmə yarışı keçirildi - FOTO
Hazırda oxunan: Xəzərdə növbəti avarçəkmə yarışı keçirildi - FOTO
113553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.