Qılıncoynatma üzrə millimiz qran-pri turnirinə Bakıda hazırlaşır - FOTO 

Qılıncoynatma üzrə millimiz qran-pri turnirinə Bakıda hazırlaşır - FOTO 

Hazırda oxunan: Qılıncoynatma üzrə millimiz qran-pri turnirinə Bakıda hazırlaşır - FOTO 

113541

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Qılıncoynatma Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.

Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.
Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, ondan əlavə, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO