Naxçıvanda “Yamac paraşütü” turizm məhsulu yaradılacaq

Naxçıvanda “Yamac paraşütü” turizm məhsulu yaradılacaq

Hazırda oxunan: Naxçıvanda “Yamac paraşütü” turizm məhsulu yaradılacaq

113448

Bu il Naxçıvan MR-da “Yamac paraşütü” turizm məhsulu yaradılacaq. 

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında muxtar respublikanın Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli bildirib.

Onun sözlərinə görə, artıq bu sahədə sınaq işləri aparılıb:

“Mənim çalışdığım departamentin siyasəti ondan ibarətdir ki, istənilən sahədə yenilik mütləq mənada araşdırılır və sonra həmin siyasət həyata keçirilir. Biz hazırda “Yamac paraşütü” sahəsində müxtəlif işlər görürük.
Ötən il müxtəlif paraşütçülərin muxtar respublikaya səfərləri təşkil olundu. İlk dəfə olaraq Ağbulaq İstirahət Mərkəzində və Əlincə Qalasının yamacında sınaq uçuşları həyata keçirildi. Nəticədə müəyyən olundu ki, muxtar respublika “Yamac paraşütü” üçün uyğun məkandır. Bu günk "Yamac paraşütü" turizm məhsulunun yaradılması aktualdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO