"Əl-Nəsr" Ronaldoya görə futbolçusunu İCARƏYƏ GÖNDƏRƏCƏK 

Hazırda oxunan: "Əl-Nəsr" Ronaldoya görə futbolçusunu İCARƏYƏ GÖNDƏRƏCƏK 

113421

"Əl-Nəsr" hücumçusu Vensan Abubakarı icarəyə göndərəcək.

Bizim.Media "Okaz"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu yeni transferi Kriştiano Ronaldonu bu mövsüm üçün iştirak ərizəsinə daxil etmək üçün bu addımı atacaq.

“Əl-Nəsr” rəhbərliyi onu Avropa klublarından birinə Türkiyənin “Fənərbaxça”sına və ya İngiltərənin “Mançester Yunayted”inə keçidi ilə bağlı Abubakarla razılaşıb. Kamerunlu futbolçunun "qırmızı şeytanlar"a keçmək təklifini qəbul edəcəyi gözlənilir.
Beləliklə, "Əl-Nəsr" Əbubakarı komandanın cari mövsüm üçün ərizəsindən kənarlaşdıra və Ronaldonu  daxil edə biləcək.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin noyabrında "Mançester Yunayted"lə müqaviləyə xitam verib. 37 yaşlı oyunçu "Əl-Nəsr"ə azad agent kimi transfer olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO