Yüksək Liqada oyunların vaxtı dəqiqləşdi

Yüksək Liqada oyunların vaxtı dəqiqləşdi

Hazırda oxunan: Yüksək Liqada oyunların vaxtı dəqiqləşdi

113386

Yanvarın 12-də kişi voleybolçular arasında Yüksək Liqada I dövrənin növbəti oyunları keçiriləcək. 

Bizim.Media xəbər verir ki, həmin gün baş tutacaq II tura saat 16:00-da “Neftçi” - “Xarı bülbül” görüşü ilə start veriləcək. 

Ardınca saat 18:00-da MOİK və “Murov” qarşılaşması keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada II turun oyunlarına start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC dueli start götürəcək.

Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Neftçi” və MOİK-in isə hələ ki, xalı yoxdur.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə I turdan sonra hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO