AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Hazırda oxunan: AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

113346

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb. 

Bizim.Media xəbər verir ki, Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub. 

“Neftçi”nin üzvü Aslan Şirinovun cəzası daha ağır olub. O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb. Şirinov ardından hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq. 
Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 matçlıq cəzaya məruz qalıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO