“Qarabağ” 2022/2023 mövsümündə ölkə çempionatlarında ardıcıl qələbə sayına görə Avropa rekordçusudur.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi mövsümün əvvəlində Premyer Liqada qazandığı ard-arda 13 qələbə sayəsində hələ də əlçatmazdır.
Uels klubu TNS-dən sonra Şotlandiya “Seltik”i rekordun bir addımlığında büdrəyərək, şansı əldən verib. Həmçinin İtaliya A seriyasının ötən turunda “İnter”ə məğlub olan “Napoli”nin (0:1) qalibiyyət seriyası 11 matçda dayanıb.
Hazırda “Qarabağ”ın rekordunu təkrarlamağa ən yaxın komanda Serbiya təmsilçisi “Srvena Zvezda”dır.
Ölkə çempionatının son 11 qarşılaşmasında rəqiblərini məğlub edən adıçəkilən komanda seriyasını davam etdirir. Həmçinin, keçirdikləri son 9 görüşdə qələbə qazanan “Makkabi” (Hayfa, İsrail) və AEK (Kipr) də Azərbaycan çempionuna çatmaq şansını davam etdirirlər.
Qeyd edək ki, AEK daxili birincilikdə növbəti oyununu yanvarın 7-də, “Makkabi” 8-də keçirəcəksə, Serbiya çempionatında qış fasiləsi fevralın 4-də “Srvena Zvezda”nın matçı ilə başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:10 / 06.01.2023
“Qarabağ” ardıcıl qələbə sayına görə Avropa rekordçusu OLDU
Hazırda oxunan: “Qarabağ” ardıcıl qələbə sayına görə Avropa rekordçusu OLDU
Hazırda oxunan: “Qarabağ” ardıcıl qələbə sayına görə Avropa rekordçusu OLDU
113293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.