“Sumqayıt” “Səbail”in sabiq futbolçusu ilə maraqlanır

“Sumqayıt” “Səbail”in sabiq futbolçusu ilə maraqlanır

Hazırda oxunan: “Sumqayıt” “Səbail”in sabiq futbolçusu ilə maraqlanır

113147

Qış fasiləsində artıq bir neçə futbolçu ilə vidalaşan “Sumqayıt” heyəti gücləndirmək üçün axtarışlarını davam etdirir.  

Bizim.Media xəbər verir ki, komandanın maraqlandığı daha bir futbolçunun adı məlum olub.

Bu, Liberiya millisinin üzvü Camal Araqodur. Mərkəz müdafiəçisi vaxtilə ölkəmizdə çıxış edib.

O, 2021/22 mövsümün “Səbail”də keçirib. 29 yaşlı arxa xətt oyunçusu hazırda Səudiyyə Ərəbistanının “Ohod” klubunda oynayır. Araqonun hazırda klubu ilə müqaviləsinin olması transferin baş tutmasını əngəllləyə bilər. Əgər klublar arasında razılıq əldə olunsa, Araqonu qışdan sonra yenidən Premyer Liqamızda görə bilərik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO