Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi SEÇİLDİ

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi SEÇİLDİ

Hazırda oxunan: Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi SEÇİLDİ

113064

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov və meksikalı Xavyer Mendes 2022-ci ilin ən yaxşı məşqçiləri seçiliblər.

Bizim.Media xəbər verir ki, onlar nüfuzlu "MMA Junkie" portalının versiyasına əsasən, bu ada layiq görülüblər.

Nurməhəmmədov və Mendes İslam Maxaçev, Usman və Umar Nurməhəmmədov, həmçinin Bilal Məhəmməd kimi yüksək səviyyəli döyüşçülərə məşq keçirlər.

Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. Bunlardan 13-ü UFC-yə təsadüf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO