Bu gün San-Paulo ştatının Santos şəhərindəki “Vila Belmiro” stadionunda Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi başa çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, dəfn korteji vətəndaş anım mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.
Mərasimin sonunda Pelenin nəşi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının damına qaldırılıb və Braziliya bayrağı ilə örtülüb.
Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının hələ də yaşadığı evin yanından keçəcək. Bundan sonra Pele onun özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq.
Anım mərasiminin təşkilatçılarının sözlərinə görə, bir gündə Pele ilə vidalaşmağa 150 mindən çox insan gəlib.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:08 / 03.01.2023
Pele ilə vida mərasimi başa çatdı
Hazırda oxunan: Pele ilə vida mərasimi başa çatdı
Hazırda oxunan: Pele ilə vida mərasimi başa çatdı
112962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.