Tayson və Holifild arasında döyüş keçirilə bilər

Tayson və Holifild arasında döyüş keçirilə bilər

Hazırda oxunan: Tayson və Holifild arasında döyüş keçirilə bilər

11226

Məşhur boksçular Mayk Tayson və Evander Holifild arasında növbəti döyüş keçirilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərində idman funksionerlərinin iştirakı ilə forum keçiriləcək və ehtimal var ki, qarşılaşma məhz həmin tədbir çərçivəsində baş tutacaq.

Rusiyanın “Fight Nights” klubunun sahibi Əmir Muradov öz açıqlamasında bildirib ki, sözügedən qarşılaşmanın keçirilməsi üçün danışıqlar gedir.

“Bu çox maraqlı olardı. Amma belə bir döyüşün təşkili üçün haradasa 30 milyon dollar tələb olunur. Hazırda qarşılaşmanın keçirilməsi üçün bir neçə məkan nəzərdən keçirilir”, - deyə klub sahibi bildirib.

Xatırladaq ki, bugünədək Tayson və Holifild artıq iki dəfə qarşılaşıb.

İlk görüşdə 11-ci raundda Holifild “dəmir Maykı” nokauta göndərib. İkinci görüşdə isə Tayson rəqibinin qulağını dişlədikdən sonra diskvalifikasiya edilib. (oxu)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO