“KƏPƏZ”dən ayrılacaq futbolçular məlum oldu – SİYAHI - ÖZƏL

“KƏPƏZ”dən ayrılacaq futbolçular məlum oldu – SİYAHI - ÖZƏL

Hazırda oxunan: “KƏPƏZ”dən ayrılacaq futbolçular məlum oldu – SİYAHI - ÖZƏL

112081

Bu mövsüm Premyer Liqaya qayıtsa da, istənilən oyunu göstərə bilməyən “Kəpəz”də qış fasiləsində ciddi dəyişikliklərin olacağı gözlənilir.  

Məlumata görə, heyətdən kifayət qədər futbolçunun gedəcəyi gözlənilir. Hətta komandanın baş məşqçisi Tərlan Əhmədov da son açıqlamasında heyətdən 7 futbolçunun gedəcəyini açıqlamışdı. 

Bizim.Media həmin futbolçuların adlarını öyrənməyə müvəffəq olub. 

Belə ki, yanvarda qapıçı Kamran İbrahimov, habelə Elvin Yunuszadə, Əfran İsmayılov, Rauf Əliyev, legionerlərdən iranlı Peyman Keşəvars, gürcüstanlı Matea Kvirkiya və Mixail Erqelemidze komandadan göndəriləcəklər. 

Bu siyahıya yeni adların da qoşulması mümkündür. 

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO