Messinin DÇ-2022 zamanı qaldığı otaq MUZEY olacaq

Messinin DÇ-2022 zamanı qaldığı otaq MUZEY olacaq

Hazırda oxunan: Messinin DÇ-2022 zamanı qaldığı otaq MUZEY olacaq

112015

Argentina millisinin hücumçusu Lionel Messinin qaldığı Dohadakı Qətər Universiteti oyunçunun DÇ-2022 zamanı yaşadığı otağın tezliklə muzeyə çevriləcəyini açıqlayıb. 

Bizim.Media “RMC Sport”a istinadən xəbər verir ki, mundialın ən yaxşı oyunçusunun otağının yerli sakinlər və turistlərin ziyarət edə bilməsi üçün qaldığı formada saxlanması qərara alınıb. 

Messi B201 otağında qalıb. Qapıda Argentina rəngləri və “L. Messi" sözləri yer alıb. Mini-muzeyin açılış tarixi hələ açıqlanmayıb. 

Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında Fransaya qalib gələrək turnirin qalibi olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO