Azərbaycan Badminton Federasiyası maarifləndirici layihələrə dəstək verməkdə davam edir. Bu dəfə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyilə, Milli Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Orta məktəblərdə badmintonun idarəetməsi” mövzusunda orta məktəbdə dərs deyən idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq, interaktiv kursa yekun vurulub.
Bizim.Media xəbər verir ki, 277 saylı tam idman təmayüllü məktəbdə təşkil edilən kursda 28 idman müəlliminə "Development of national sport system" layihəsi çərçivəsində İsrail Badminton Federasiyasının prezidenti Nir Sadeh tərəfindən öz tədris kurrikulumlarını interaktiv hazırlaması və tədris ediləcək hədəf qrupu olan məktəblilərin badmintonda bilik və bacarıqlarını inkişaf etdirmək yolları göstərilib.
Nəzəri və praktik hissədən ibarət olan kursda iştirak edən idman müəllimləri peşəkar vərdişlərini inkişaf etdiriblər.
Təlim iştirakçıları İsrail Badminton Federasiyasının Prezidenti Nir Sadeh, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov tərəfindən sertifikatla təltif olunublar.
Layihə Azərbaycan Milli Olimipiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:48 / 26.12.2022
Badminton Federasiyası beynəlxalq seminar keçirdi – FOTO
Hazırda oxunan: Badminton Federasiyası beynəlxalq seminar keçirdi – FOTO
Hazırda oxunan: Badminton Federasiyası beynəlxalq seminar keçirdi – FOTO
111678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.