"Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin" - Regekampf 

Hazırda oxunan: "Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin" - Regekampf 

111342

"Yaxşı oyun oldu. 3 xal qazandıq. Bu qələbə bizim üçün çox vacib idi.   “Zirə” ilə 130 dəqiqədən artıq davam edən matçdan sonra meydana çıxdıq. Bərpa üçün az vaxtımız var idi. Bu matç da erkən saatda başladı. Nəticəyə görə çox sevinirəm. Bütün futbolçularımız ən yaxşısını etməyə çalışdı. Onlar döyüşdülər və qələbə qazandılar". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampf Misli Premyer Liqasının 18-ci turunda "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

"Ümid edirəm ki, qış fasiləsi bizə pis təsir etməz. Bu cür oyunlardan sonra 10 gün fasilə hamımıza yaxşı təsir edəcək. Qayıdanda daha güclü olmalıyıq. İnanıram ki, fasilədən yararlanacağıq. Zədəlilərimizin qayıdacağına ümid edirəm. Təlim-məşq toplanışından sonra daha güclü olacağımıza inanıram. Bəzi açar oyunçularımız bizimlə məşq edə bilmir. Keyfiyyətin artacağına ümid edirəm" - deyə o bildirib. 

O, qışda komandadan gedənlərin çox olub-olmayacağı ilə bağlı söyləyib:

Bizə güclənməli olduğumuz mövqelərə oyunçular gətirmək lazımdır. Peşəkarıq. 3-4-dən artıq futbolçu dəyişə bilmirsən. Hər yeni gələn futbolçunun davamlılığa ehtiyacı var. Çalışmalıyıq ki, keyfiyyətimizə keyfiyyət qataq. Say xətrinə oyunçu gətirməyəcəyik. Komanda qurmaq üçün vaxt lazımdır. Futbolçular öyrəşməlidir. Sağlam atmosfer lazımdır ki, inkişaf etsinlər. 

Mütəxəssis hansı mövqelərə transferlərin olması ilə əlaqədar deyib:

"Bu, mənim işim deyil. Bu mövzuda danışa bilmərəm. Komanda rəhbərliyi ilə bu danışırıq. Müşahidə Şurası ilə də maliyyə baxımından müzakirələr gedib. Analiz edib, nələr edə biləcəyimizə baxacağıq. Bütün işimiz komandanın yaxşılığı üçün olacaq. Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin. Bu, peşəkar və sağlam iş olmaz. Razılıq olandan sonra məlumat ola bilər. Adlar, mövqelər açıqlamaq düzgün olmaz". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO