Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində son 5 tur oynanılacaq.
Bizim.Media xəbər verir ki, "Opera Euro Rapid"in bugünkü görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.
MÖVZU İLƏ BAĞLI:
Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər
Azərbaycanı təmsil edən Teymur Rəcəbov ardıcıl olaraq Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcək.
Hazırda Rəcəbovun aktivində 10 oyundan 5,5 xal var. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5 - 7-ci yerləri bölüşür.
"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Bizim.Media