"Hələ futbolçu vaxtımda Qvardiola məndən məsləhət istəyirdi" - Mikel Arteta 

Hazırda oxunan: "Hələ futbolçu vaxtımda Qvardiola məndən məsləhət istəyirdi" - Mikel Arteta 

111147

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ilə tanışlığından və münasibətlərinin necə inkişaf etməsindən danışıb. 

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis "talkSPORT"a açıqlamasında həmyerlisi ilə 15 yaşı olarkən tanış olduğunu deyib:  

“O, mənim kumirimdir. Təqlid etməyə çalışdığım o idi. Qəribədir ki, mən hələ oynayanda, o mənə “Barselona” və “Bavariya”nın baş məşqçisi olduğu zaman  zəng edib, İngiltərə komandaları ilə necə oynamaq lazım olduğuna dair məndən məsləhət istəyirdi, o vaxtdan bəri yaxşı münasibət qurduq. 
28 yaşımda məşqçilik təhsili almağa qərar verdim. Mən bunu "Arsenal"da olanda etməyə başladım. Arsen Venger çox dəstək oldu və mən prosesdən həzz almağa başladım.

Yadımdadır, 30 yaşım olanda ilk dəfə Pep zəng edib dedi: “İngiltərəyə gəlsəm, mənim köməkçim ola bilərsən?” Dedim ki, mən hələ də oynayıram, tezdir". 

Qeyd edək ki, Arteta 2016-2019-cu illərdə "Mançester Siti"də Qvardiolanın köməkçisi olub. O, 2019-cu ildən "Arsenal"ı çalışdırır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO