"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Hazırda oxunan: "Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

111091

İspaniya "Real Madrid"i Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər.

Bizim.Media "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu vəsaitin 486 milyon avrosu 24 yaşlı forvardın təzminatı, 630 milyon avrosu isə müqavilə şərtlərini yerinə yetirmək üçün nəzərdə tutulub.

Madrid təmsilçisinin qarşıdakı günlərdə yenidən Paris klubuna təklif göndərəcəyi iddia olunub.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 20 oyuna çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO