"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni yenilədi

Hazırda oxunan: "Sumqayıt" 2 futbolçusu ilə müqaviləni yenilədi

110935
 2020/2021 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt” 2 futbolçusu ilə müqaviləni yeniləyib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlov növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2017-ci ildən "Sumqayıt”da çıxış edən Cənnətov ümumilikdə 55 qarşılaşmada meydanda olub. 2019-cu ildə bu komandaya qoşulan Elvin Bədəlov isə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO