Qurban Qurbanov: \

Qurban Qurbanov: \"İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır\"

Hazırda oxunan: Qurban Qurbanov: \"İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır\"

110888

"İlin məşqçisi adına layiq görülmək mənim məsuliyyətimi, həvəsimi daha da artırır. Bütün idmançıları təbrik edir, hamısına uğurlar arzulayıram". 

Bizim.Media xəbər verir ki, bunu İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2022" layihəsində ilin məşqçisi adına layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

50 yaşlı mütəxəssis daha çox digər idmançılara görə sevindiyini bildirib:

"Zəhmətə dəyər veriləndə onları təbrik etmək mənim üçün çox xoş olur. Fərqi yoxdur, bu, futbolçudur, güləşçidir, boksçudur və ya şahmatçı. Hər dəqiqə bu idmançılarla üz-üzə gəlməsək də, onların arasında dostlarımız, tanışlarımız çoxdur. Fərqlənən idmançıları təbrik etmək üçün hər il burada olmaq istəyirəm". 

Qeyd edək ki, İdman Araşdırmalar Mərkəzi 7 nominasiya üzrə 2022-ci ilin qaliblərini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO