“Kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, \

“Kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, \"Zirə\" qapımıza yaxınlaşmasın” - \"Neftçi\"nin baş məşqçisi 

Hazırda oxunan: “Kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, \"Zirə\" qapımıza yaxınlaşmasın” - \"Neftçi\"nin baş məşqçisi 

110723

"Biz tərəfdən mükəmməl oyun oldu. Oyunçularım nə tapşırıq vermişdimsə, yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, "Zirə" qapımıza yaxınlaşmasın. Futbolçulara tapşırmışdım ki, ikinci topları qazanaq". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun 1/4 finalının "Zirə" ilə cavab oyunundan sonra mətbuat konfransında deyib. 

Rumıniyalı mütəxəssis 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəldikləri matçı belə şərh edib:

"Analizdən sonra gördüm ki, onlar çox top itirir. Bununla da qol vurmağa şansımız çox olacaq. Demək olar ki, ilk matçda oynadığımız oyunun əksini oynadıq. İlk qarşılaşmada oyun bizim nəzarətimizdə olduğu zaman əks-hücumdan qol buraxmışdıq. Bu gün fərqli oynamağa qərar verdim. Ola bilsin ki, fanatlar üçün gözəgəlimli olmadı. Amma bizim bugünkü görüşdə məqsədimiz o deyildi". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO