Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər

Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər

Hazırda oxunan: Teymur Rəcəbovdan uğurlu start - 100 min ABŞ dolları qazana bilər

11054

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsinin ilk yarış günündə 5 turda mübarizə aparıb.

Bizim.Media xəbər verir ki, “Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaumla heç-heçə edəndən sonra növbəti oyunda amerikalı şahmatçı Sem Şenklandı məğlub edib.
 

MÖVZU İLƏ BAĞLI:

“İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm” - Teymur Rəcəbov


Sonrakı oyunlarda ABŞ-ın digər təmsilçisi Leyner Dominqez, Polşa şahmatçısı Yan-Kşıştof Duda və rusiyalı Aleksandr Qrişukla ilə heç-heçə edərək aktivinə 3 xal yazdırıb.

Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO