Bu gün Azərbaycan Kubokunda son yarımfinalçılar məlum olacaq

Bu gün Azərbaycan Kubokunda son yarımfinalçılar məlum olacaq

Hazırda oxunan: Bu gün Azərbaycan Kubokunda son yarımfinalçılar məlum olacaq

110523

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

Günün ilk oyununda “Turan Tovuz” komandası "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Qartallar" evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.

Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO