Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

Hazırda oxunan: Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək

110451
 Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul - Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək. 

Azərbaycan Şahmat Federasiyasından Sfera.az-a verilən məlumata görə, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi turnirdə Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcək.

Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.

Ümumilikdə 20 turdan ibarət olacaq turnir Dövlət Neft Şirkəti - SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat Federasiyalarının təşkilatçılığıyla baş tutacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO