“Torino”, “Fiorentina” və Serbiya millisinin sabiq baş məşqçisi Sinişa Mixayloviç 54 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici media qurumları jurnalist Fabrizio Romanoya istinadən məlumat verib.
Bildirilib ki, 2019-cu ildə Mixayloviçə leykoz diaqnozu qoyulub. Mütəxəssis müalicə alıb, bundan sonra xəstəlik geriləyib. 2022-ci ilin yazında o, relaps keçirib.
Qeyd edək ki, bütün bu müddət ərzində Mixayloviç məşqçilik karyerasını davam etdirib.
Mixayloviç futbolçu kimi (müdafiəçi) "Roma", “Srvena Zvezda" klubunda oynayıb. Lakin daha çox "Latsio"da (1998-2004) oynaması ilə tanınıb. Mixayloviç karyerasını 2006-cı ildə "İnter"də başa vurub.
Beynəlxalq səviyyədə Mixayloviç əvvəlcə Yuqoslaviyanı, sonra isə Serbiya və Monteneqro yığmasını təmsil edib.
2006-cı ildə "İnter"də köməkçi kimi məşqçil karyerasına başlayıb. Bundan sonra o, “Fiorentina”, Serbiya millisi, “Sampdoriya”, “Torino” klublarında çalışıb. Son üç mövsümdə Mixayloviç 2022-ci ilin sentyabr ayının əvvəlində tərk etdiyi "Bolonya"ya rəhbərlik edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:08 / 16.12.2022
Məşhur futbolçu dünyasını dəyişdi
Hazırda oxunan: Məşhur futbolçu dünyasını dəyişdi
Hazırda oxunan: Məşhur futbolçu dünyasını dəyişdi
110044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.