Fransa millisinin bu futbolçuları final oyununu buraxa bilər

Fransa millisinin bu futbolçuları final oyununu buraxa bilər

Hazırda oxunan: Fransa millisinin bu futbolçuları final oyununu buraxa bilər

110037

Fransa millisinin daha 2 futbolçusu DÇ-2022-nin finalı öncəsi qripə yoluxub. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Adrien Rabyo və Dayo Upamekanonun ardından mərkəz müdafiəçiləri Rafael Varan və İbrahima Konate də xəstəliyə tutulub.

Bildirilir ki, hazırda Varandakı xəstəlik simptomları daha ağırdır.

Konate isə yüngül xəstəlik keçirib. Hər iki futbolçunun vəziyyəti Fransa yığmasının məşqçilərini narahat edir. Onların dünya çempionatının finalında oynayıb-oynamayacağına -  qərar qəbul etməzdən əvvəl səhhətlərinə diqqətlə nəzarət olunacaq.

Əvvəllər artıq xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb - milli komandanın yaşadığı otelin bütün işçilərindən maska taxmaq tələb olunur, otelin dəhlizlərində və yeməkxanalarda antiseptik gellər qoyulub. 
Qeyd edək ki, Fransa dekabrın 18-i DÇ-2022-nin finalında Argentina ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO