Mərakeş Futbol Federasiyasından FİFA-ya şikayət

Mərakeş Futbol Federasiyasından FİFA-ya şikayət

Hazırda oxunan: Mərakeş Futbol Federasiyasından FİFA-ya şikayət

109860

Mərakeş Futbol Federasiyası DÇ-2022-nin yarımfinalında Fransa ilə keçirilən oyunun hakimliyindən FİFA-ya şikayət edib. 

Bizim.Media xəbər verir ki, barədə “Foot Mercato” məlumat yayıb. 

Mənbənin məlumatına görə, federasiya Fransanın cərimə meydançasında müdafiəçi Teo Hernandesin mərakeşli hücumçu Sofian Bufalla toqquşduğu epizodda hakimin verdiyi qərardan narazıdır.  

Onlar Hernandesin cəzalandırılmalı olduğunu düşünürlər. Bu epizoddan sonra isə fransızlar hücuma keçiblər və Teo Hernandes Mərakeşin qapısına qol vurub.  

Qeyd edək ki, Fransanın 2:0 hesablı qələbəsi ilə başa çatan matçı meksikalı Sezar Ramos idarə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO