"Maraqlı və həyəcan dolu bir oyun gördük. İki məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Açığını deyim ki, taktikada da dəyişiklik etmişdik. Komandamın hansı gücə malik olduğunu bilirdim".
Bizim.Media xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 17-ci turunda dekabrın 14-də "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 2:2 hesablı bərabərliklə başa çatan matçı belə şərh edib:
"Ümumillikdə bu gün komanda yaxşı mübarizə apardı, döyüşdü. Rəqibə iki top da vurduq. Onları əks-hücumda tutduq. Azarkeşlərimiz bu gün heç-heçəyə də sevindilər. Onların sevinci bizim üçün hər şeydir. Gəncə futbolun beşiyidir. Burada hamı futbolu daha yaxşı başa düşür. Azarkeşlərimizi bu bir xal ilə sevindirə bildik. Nəticə də layiqli oldu. Hər iki komanda qalib gələ bilərdi. Ədalətlisi heç-heçə idi".
T.Əhmədov qış fasiləsindən sonra yeni komanda formalaşdıracağını bildirib:
"Çalışırıq ki, komandanı bir az dirçəldək. Fasiləyə qədər nə bacarırıqsa, xal toplayaq. Qışda cəlb olunacaq futbolçularla yeni bir komanda formalaşacaq".
Bizim.Media
- A-
- A
- A+
İdman
20:53 / 14.12.2022
\"Qışda yeni bir komanda formalaşdıracağıq\" - Tərlan Əhmədov
Hazırda oxunan: \"Qışda yeni bir komanda formalaşdıracağıq\" - Tərlan Əhmədov
Hazırda oxunan: \"Qışda yeni bir komanda formalaşdıracağıq\" - Tərlan Əhmədov
109642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.