Ronaldodan Neymarla bağlı AÇIQLAMA: “Növbəti dünya çempionatında oynayacaq”

Ronaldodan Neymarla bağlı AÇIQLAMA: “Növbəti dünya çempionatında oynayacaq”

Hazırda oxunan: Ronaldodan Neymarla bağlı AÇIQLAMA: “Növbəti dünya çempionatında oynayacaq”

109595

Əfsanəvi braziliyalı futbolçu Ronaldo deyib ki, PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar növbəti dünya çempionatında iştirak edəcək və həmin vaxt olun 34 yaşı olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.

"Düşünürəm ki, Neymar Braziliyanın Dünya Çempionatındakı nəticəsindən çox məyus qalıb.

Onun  indi özünü belə hiss etməsi normaldır, amma əminəm ki, əvvəlkindən daha güclü qayıdacaq və millidə oynayacaq. Neymar hələ gəncdir və düşünürəm ki, növbəti dünya çempionatında oynaya biləcək.

Neymarın Braziliya yığmasında son altı aydakı performansından çox razıyam. O, Dünya Kubokunun ilk oyununda yaxşı oynadı və topuğundan ağır zədələndi. Neymar bizim üçün çox önəmlidir. Ümid edirəm ki, tezliklə sağalacaq və PSJ və Braziliya millisi üçün yenidən güclü oyunçu olacaq”, - Ronaldo deyib.
Qeyd edək ki, Braziliya Qətərdə keçirilən DÇ-2022-də Xorvatiyaya 1/4 finalda uduzub (1:1, 2:4 - penaltilər).

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO