Rəsul Çunayev Balakəndə məktəblilərin qonağı olub - FOTO 

Rəsul Çunayev Balakəndə məktəblilərin qonağı olub - FOTO 

Hazırda oxunan: Rəsul Çunayev Balakəndə məktəblilərin qonağı olub - FOTO 

109269

Olimpiya mükafatçısı, Dünya və Avropa çempionu Rəsul Çunayev Balakənin ucqar Qabaqçöl qəsəbəsində dünyaya göz açıb. Burada məşqlərə başlayıb və idmanda zirvələr fəth edib. Bu dəfə isə o, doğma məktəbinə ali qonaq kimi təşrif buyurub.

Bizim.Media-nın məlumatına görə, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə baş tutan görüş həm də Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub.

Görüş elə Rəsul Çunayevin təhsil aldığı Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində baş tutub. Diqqəti cəlb edən maraqlı məqam isə budur ki, Olimpiya mükafatçısının gəlişindən xəbər tutan və qəsəbəyə daxil olan digər altı kənd məktəbinin də müəllim və şagirləri qatılıb.
Bir neçə saat davam edən görüşdə Rəsul Çunayev təhsil aldığı illərlə bağlı xatirələrini, idman həyatına necə qədəm qoyması və necə məşq etməsi barədə danışıb, məktəblilərin, müəllimlərin suallarını cavablandırıb.

Görüşün sonunda məktəblilər Rəsul Çunayevlə xatirə şəkli çəkilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO