Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub

Hazırda oxunan: Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub

109061

Dekabrın 11-də Sərhədçi İdman Mərkəzində, “Gəncə BK” və “Zirvə Astara BK” komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, iki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə BK” 98-85 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.

Ən məhsuldar basketbolçular: “Gəncə BK” (Ceylon Perri - 29 xal, 5 ribaund), “Zirvə Astara BK” (Ruşard Kruikşenk - 25 xal, 9 ribaund).

Qeyd edək ki, 10-cu turun oyunları dekabrın 14, 17 və 18-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO