QƏTƏR-2022: Mərakeş möcüzəsi davam edir, Ronaldonun çempionluq arzusu bitdi

QƏTƏR-2022: Mərakeş möcüzəsi davam edir, Ronaldonun çempionluq arzusu bitdi

Hazırda oxunan: QƏTƏR-2022: Mərakeş möcüzəsi davam edir, Ronaldonun çempionluq arzusu bitdi

109021

Dünya çempionatında möcüzəli nəticələr bitmək bilmir. Təbii ki, bunlardan ən başlıcası Mərakeş möcüzəsidir. Afrikanın ərəb ölkəsinin komandası mundialda ar-arda nəhəngləri sıradan çıxarmaqla bütün dünyanı təəccübləndirməkdə davam edir.

Bizim.Media xəbər verir ki, əvvəlcə qrup mərhələsində Belçika, daha sonra 1/8 finalda İspaniya və son olaraq ¼ finalda Portuqaliya. Çoxları bu uğurun sirrini öyrənməyə çalışır.

Komandanın iki əsas lideri var. Hakim Ziyeş və Əşrəf Hakimi. Ancaq Mərakeşin əsl gücü komanda oyunudur. Onlar çox intizamlı oyun və yaxşı müdafiə futbolu göstərir. Üstəlik də yaxşı baş məşqçiləri var.
Valid Reqraqui bu il avqustun 31-də millinin baş məşqçisi təyin olunandan sonra mundialda onları ən güclü 4 komanda sırasına çıxarıb. Bununla da onlar dünya çempionatlarının ¼ final mərhələsinə vəsiqə qazanan ilk Afrika komandası kimi tarixə düşdülər.

Mərakeş-Portuqaliya oyunu həm də bir əfsanənin dünya çempionu olmaq arzususunu puç etdi. Bu görüşdə əvəzetmədən meydana daxil olan Kriştiano Ronaldo məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilmədi.

Bəli, bu 37 yaşlı ulduz üçün son mundial oldu və Ronaldo karyerasını dünya çempionu olmadan bitirəcək.

Yeri gəlmişkən, oyundan sonra Pepenin verdiyi açıqlama da gündəm oldu. O, FİFA-ya atmaca ataraq qurumun Argentinanın çempion olması üçün hər şeyi etdiyini deyib:

“Argentinanın qələbəsindən sonra bizim oyuna da argentinalı hakimin təyin olunması qəribə oldu. Kuboku artıq onlara verə bilərlər. Çempionun Argentina olacağı ilə bağlı nədən desəsiniz mərc gələ bilərəm”.
Fransa-İngiltərə matçında isə birincilərin qapıçısı Uqo Loris 143-cü matçına çıxaraq millidə oyunların sayına görə Lilian Türamı keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO