DÇ-2022-nin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzan Portuqaliya millisinin müdafiəçisi Pepe oyunu idarə etmiş hakimləri tənqid edib.
Bizim.Media xəbər verir ki, görüşü idarə etmiş Fakundo Tellonun rəhbərlik etdiyi argentinalı hakimlər briqadasına və Mərakeş millisinə mesaj göndərib:
“Mərakeş qol vurduğu üçün şanslı idi. Komanda yoldaşlarımla fəxr edirəm. Qarşılaşmada qalib gəlmək üçün çox çalışdıq.
Bruno Fernandeşə qarşı kobudluğa görə penalti verə biləcəkləri anı görmədim. Bu mundialda qalib gəlmək şansımız var idi. Matçdan sonra bizdə belə bir hiss yarandı ki, hakimlər briqadası təkəbbürlüdür. Argentina çempion olacaq! Bu oyunda beş argentinalı hakim var idi! Başqa nə deyə bilərəm... Gəlin görək, nə baş verəcək”.
Qeyd edək ki, söz2gedən görüşdə baş hakim Fakundo Tello, onun köməkçiləri Ezequel Brailovski, Qabriel Kade və VAR hakimləri Mauro Viqliano, Dieqo Bonfa, Xuan Pablo Belatti Argentina Futbol Federasiyasından olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:27 / 11.12.2022
Pepe argentinalı hakimləri tənqid etdi
Hazırda oxunan: Pepe argentinalı hakimləri tənqid etdi
Hazırda oxunan: Pepe argentinalı hakimləri tənqid etdi
108976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.