"Ronaldo bizə qarşı oynamasa, sevinərəm" – Reqraqi 

Hazırda oxunan: "Ronaldo bizə qarşı oynamasa, sevinərəm" – Reqraqi 

108833

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin 1/4 finalında sabah Portuqaliya ilə keçirəcəkləri matç barədə danışıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis rəqibin kapitanı Kriştiano Ronaldonun onun komandasına qarşı oynamayacağına ümid etdiyini deyib:

“Ölkəmlə, komandamla və bu mərhələyədək irəliləməyimizlə fəxr edirəm. Biz Mərakeşi, xalqımızı təmsil edirik. Dünya çempionatında ilk dəfə olaraq bir ərəb komandası 1/4 finala yüksəlib. Bizi bütöv bir qitə dəstəkləyir.
Biz bu müsbət enerjini hiss edirik. Çox xoşbəxtik. Bu mərhələdə olmaq böyük şərəfdir. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Ronaldonun oynayıb-oynamayacağını bilmirəm.

Ümid edirəm ki, o, Mərakeşə qarşı oynamaz. Ronaldo tarixin ən yaxşı oyunçularından biridir. Ona görə də oynamasa, sevinərəm. Portuqaliya da turnirin yarımfinalına çıxmaq istəyir. Biz təvazökar və nikbin olmalıyıq”. 

Qeyd edək ki, sabah keçiriləcək Mərakeş - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO