İngiltərə millisində qalmaqal - Geri qayıtmayacaq...

İngiltərə millisində qalmaqal - Geri qayıtmayacaq...

Hazırda oxunan: İngiltərə millisində qalmaqal - Geri qayıtmayacaq...

108776

İngiltərə millisinin üzvü Ben Uaytın yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi bəlli olub. 

Bizim.Media "Daily Star"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Hollandla yola getməyib.

Mənbənin məlumatına görə, futbolçu komandadakı durumundan narazı olub. Meydana çıxmaq şansı qazanmayan Uayt ABŞ-la oyun öncəsi futbolçuların yanında Hollandla dalaşmağa cəhd edib. 
Bundan sonra onun millidən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Futbolçu Qətərə qayıtmayacaq. 

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi sayt Uaytın şəxsi səbəblərə görə İngiltərəyə qayıtdığını açıqlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO