"İbrahimoviç və Ronaldonun dövrü başa çatır" - Ançelotti 

Hazırda oxunan: "İbrahimoviç və Ronaldonun dövrü başa çatır" - Ançelotti 

108649

"Real"ın baş məşqçisi Karlo Ançelotti hazırda karyerasını davam etdirən yaşlı və gənc hücumçulardan danışıb. 

Bizim.Media xəbər verir ki, baş məşqçi İspaniyanın “AS” qəzetinə müsahibəsində bir çox məşhur forvardların artıq karyeralarını bitirməli olduqlarını düşündüyünü açıqlayıb: 

“Rişarlison müasir hücumçudur. Topla çox dəqiq davranmasa da, onun yaşının yaxşı vaxtlarıdır. Rişarlison çox koordinasiyalıdır. İndi o, ən yaxşılardan biridir. Keçid dönəmindəyik:

Zlatan İbrahimoviç, Kriştiano Ronaldo, Luis Suares, Edinson Kavaninin vaxtı sona çatır... Lionel Messi və Kərim Benzemanın 35 yaşı var, Levandovskinin isə gələn il 35 yaşı olacaq. Onları Kilian Mbappe, Rişarlison, Erlinq Haaland, Xulian Alvares və Mateus Nunes əvəzləyir”. 

Qeyd edək ki, Zalatanın 41, Ronaldonun 37, Kavani və Suaresin isə 35 yaşı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO